17 iyul 2013 14:02
Flavinyo: Çalışacağıq ki, Skenderbeunu da Zestafoni kimi ilk oyunda darmadağın edək
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi
- Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Albaniya “Skenderbeu”su ilə ilk oyunu öncəsi təşkil olunan mətbuat konfransında bildirdiniz ki, “Neftçi” ötən mövsümlə müqayisədə indi daha güclüdü. Fikrinizi izah edə bilərsiz?
- İndi müdafiə xəttimiz daha da güclənib. Yeni futbolçular gücümüzə güc qatıb. Ötən mövsümü 13 futbolçu ilə keçirdik. İndi isə məşqçilər korpusunun əlinin altında 17-18 futbolçu var. Bu mövsümün bizim üçün daha uğurlu alınacağını hiss edirəm. Eyni zamanda komandanın məsuliyyəti də artıb. Çünki son mövsümdə həm çempion olmuşuq, həm kuboku qazanmışıq. Buna layiq olduğumuzu isbatlamalıyıq.

- Ötən mövsüm “Neftçi” ÇL-dəki ilk oyununda Gürcüstan “Zestafoni”si ilə də ilk oyunu evdə keçirdi və rəqibini darmadağın edərək (3:0) növbəti mərhələyə vəsiqənin taleyini demək olar ki, həll etdi. Bu dəfə də belə uğura imza ata biləcəksiz?
- Bunu təkrarlamağa çalışacağıq. Amma oyunlar bir-birindən fərqlənir. Əsas odu ki, ev oyununda qol buraxmayaq. Eyni zamanda albanlara qalib gələk.

- Komanda artıq “Bakcell Arena”ya alışıb?
- Ötən mövsüm ev oyunlarımızı “Dalğa Arena”da keçirirdik. Amma indiki stadionumuz daha yaxşıdı. Təbii ot örtüyü, üstəlik tribunaların daha yığcam olması şübhəsiz ki, komandamız üçün çox müsbət amildi. Ən əsası da odu ki, artıq biz burda oynamağa alışmışıq.

- Özünüzü yeni mövsüm öncəsi necə hiss edirsiz? “Skenderbeu” ilə oyunda sizdən nə gözləyək?
- Özümü yaxşı hiss edirəm. Komanda ilə tam hazırlıq keçmişəm. Baxmayaraq ki, hazırlığımız ötən mövsümkü qədər uzun olmadı. Ötən mövsüm mənim karyeramda çox uğurlu alındı. Bu mövsümdə ən azı həmin uğurların təkrarlanmasını istəyirəm. Amma təbii ki, ondan da uğurlu mövsüm keçirməyi istərdim.

- Bir qədər də dəqiqləşdirsək...
- Ötən mövsüm mən çox qol vura bilmədim. Xüsusilə də ilk mövsümlə müqayisədə. Ona görə də bu il daha çox qol vurmaq istəyirəm. Özü də təkcə avrokuboklarda yox, daxili çempionatda da.
- Avrokuboklarda hədəfiniz nədən ibarətdi?
- Bizim Çempionlar Liqası və ya Avropa Liqasından birinin qrup mərhələsinə düşmək şansımız var. Əlbəttə, ÇL-də oynamağı daha çox istəyirik. Amma Avroliqanın qrup mərhələsinə düşməyimiz də bizim üçün uğur olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik.