18 iyul 2013 01:52
Rəvan heç-heçə ilə başladı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlığı Sloveniyada davam etdirən "Rəvan” Avropanın adıçəkilən ölkəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “aslanlar” son mövsümdə Sloveniya kubokunda yarımfinal həyəcanı yaşamış "Aluminij” ilə qarşılaşıb.
Kidriçevo klubunun bazasında keçirilən oyun bərabər idman mübarizəsi şəraitində keçib. İlk yarıda nisbətən slovenlər üstün oynayıbsa, fasilədən sonra komandamız təşəbbüsü ələ alıb. Amma hesabı məhz "Aluminij” açdı. Fasilədən 12 dəqiqə sonra meydan sahibləri hesabda önə keçiblər. Lakin “Rəvan” məğlubiyyətlə barışmaq niyyətində olmadığından hücumlarının sayını və kəsərini artırıb. Belədə Miloş Adamoviç 70-ci dəqiqədə müdafiəçilərin ilk cəhddə üzaqlaşdırdığı topu saxlamadan baxımlı vuruşla tora göndərib. Bu, həm də matçda vurulan son qol olub. Beləliklə, Sloveniya toplanışı çərçivəsində keçirilən ilk oyunu "sülh”lə başa çatıb.
