18 iyul 2013 01:56
Matiya Şpiçiç: İnter Tromseni keçəcək gücdədi
“İnter”in yeni müdafiəçisi Matiya Şpiçiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”sinə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənə elə gəlir ki, komandamız tamamilə üçüncü mərhələyə keçəcək gücdədi. “Tromse” Britaniya futbolu üslubunda oyun sərgiləyir. Əminəm ki, onlar da bizi yaxşı analiz ediblər. Ona görə də hər iki komanda bir-birinə sürpriz göstərməkdə çətinlik çəkəcək”.
