18 iyul 2013 02:14
Aleksandr İaşvili: Tromseyə ilk oyunda mütləq qol vurmalıyıq
“İnter”in yeni hücumçusu Aleksandr İaşvili Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”sinə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İnter”in Avroliqadakı uğurlu çıxışını davam etdirməsini çox istəyirəm. Amma başa düşürük ki, “Tromse” ilə oyunlar çətin olacaq. İlk oyunda mütləq qol vurmağımız lazımdı. Burda vuracağımız qol həm ilk oyunda özümüzə olan inamı artıracaq, həm də ev oyununda işimizi yüngülləşdirəcək. Norveç klubu futbol oynamağı bacarır. Lakin biz onlara qarşı Finlandiyada “Mariehamn”la oynadığımız kimi çıxış etməliyik”.
