17 iyul 2013 14:37
İnterdən ayrılan iki futbolçu Zestafonidə (FOTO)
Bakı “İnter”indən ayrılan iki futbolçunun yeni iş yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Georgi Adamiya və İliya Kandelaki karyerasını Gürcüstan çempionatında davam etdirəcək.
Belə ki, hər iki futbolçu “Zestafoni”yə keçib. Adamiya və Kandelaki artıq yeni klubları ilə rəsmi müqavilə imzalayıblar.
Qeyd edək ki, Adamiya ötən mövsümün əvvəlində keçdiyi “İnter”də zədələndiyi üçün 5 oyuna çıxa bilib və 1 qol vurub. 2004-cü ildən ölkəmizdə çıxış edən gürcü futbolçu “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”də 199 oyunda 61 qola imza atıb. Kandelaki isə 2010-cu ildən formasını geyindiyi “İnter”də 75 oyunda meydana çıxıb və 3 dəfə fərqlənib.
