18 iyul 2013 22:51
Qarabağ Piasta qalib gəldi (YENİLƏNİB)
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi Polşanın “Piast” klubudu. Avrokuboklarda debüt edən rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik komandamız mərhələ adlamaq üçün ilk oyunda qol buraxmadan inamlı qələbə qazanmalıydı. Əks halda səfərdə keçiriləcək cavab oyununda Qurban Qurbanovun yetirmələrinin işi çətin ola bilərdi. Təəssüf ki, oyunda hesabı qonaqlar açıblar. Amma əzmkarlıq göstərən təmsilçimiz qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 25-də Qlivistada keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
18 iyul
Qarabağ – Piast - 2:1
Qollar: M.Robak, 19 (0:1), R.Almeyda, 40 (1:1), Reynaldo, 83 (2:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Damir Batiniç (Xorvatiya).
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
2. "Qarabağ" dərhal hücuma atılır və ilk qol vəziyyətini yaradır. Amma komandamız bu şansdan yararlana bilmir, Nadirovun yekun zərbəsi dəqiq olmur
5. Komandamız topa daha çox nəzarət edir
7. Qonaqların ilk hücumu zamanı Rubenin zərbəsini Varvodiç tutur
13. Nadirovun uzaqdan zərbəsi qeyri-dəqiq alınır
16. Nadirov sağ cinahda topu rəqibdən oğurlayıb qapıya zərbə endirsə də, qapıçı qola imkan vermir
19. Sol cinahdan qapı qarşısına ötürməni Robak dəqiq baş zərbəsi ilə tora qovuşdurur - 0:1
21. "Piast" korner qazanır. Futbolçularımız topu uzaqlaşdıra bilirlər
25. Hanzelin uzaqdan zərbəsini Varvodiç tutur
27. Gelaşvili qapı qarşısına ötürməni düz qapıçının üstünə vurur
32. Cərimə meydançasına girmək istəyən Reynaldonu yıxan Zbozien sarı vərəqə alır
33. R.Sadıqovun cərimə zərbəsini R.Almeyda qapıya göndərməyə borclu olsa da, o, yaxın məsafədən topu kənara vurur
34. V.Nadirov lazımsız yerə sarı vərəqə alır
36. Komandamız ardıcıl iki qol vəziyyəti yaratsa da, bunlardan da yararlana bilmir
40. QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOL! Almeyda! - 1:1
40. Komandamızın üzvü uzaq məsafədən çox möhtəşəm qola imza atır və hesabı bərabərləşdirir
45. Nadirovun uzaqdan zərbəsi qapıdan azca yan keçir
45. İlk yarıya iki dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Hər iki komanda fasilədə əvəzləməyə əl atıb. "Qarabağ"da L.Corc N.Yusifovu, "Piast"da Çiçman Juradonu əvəzləyir
49. R.Sadıqovun cərimə zərbəsi qapıdan çox aralı keçir
50. "Piast" korner qazanır. Sadıqov topu uzaqlaşdırır
51. Aqollinin möhtəşəm zərbəsi qapıdan azca yan keçir!
56. Reynaldonun da zərbəsi qapıdan azca yan keçir
65. "Piast" hər cəhdlə oyunda tempi aşağı salmağa çalışır
68. İzvoltun əvəzində meydana K.Vilçek çıxır
71. L.Corcun cərimə zərbəsi müdafiəçilərə dəyib kornerlə nəticələnir. Korner vuruşu isə nəticəsiz yekunlaşır
73. Çiçmanın zərbəsi dəqiq olmur
75. Gelaşvilinin əvəzində meydana U.Kapolonqo çıxır
80. Komandamız matçın sonlarında təzyiqi daha da artırsa da, hücumlar bəhrə vermir
80. Reynaldo yüz faizlik qol şansını qaçırır! O, sanki qapıçını da keçib qol vurmaq istəyirdi. Halbuki, yaxın məsafədən qapıya zərbə endirmək daha ideal variant idi!
83. QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOL!!! Reynaldo nəhayət ki, günahlarını yudu və komandasını hesabda önə keçirdi - 2:1
83. Qapıçının ilk cəhddə geri qaytardığı topu braziliyalı futbolçu təkrar vuruşla tora qovuşdurur - 2:1
85. Komandamız üçüncü qol üçün çalışır
88. Reynaldoya hakim ədalətsiz şəkildə sarı vərəqə göstərir
89. Kapolonqonun zərbəsini qapıçı tutur
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Nadirovun əvəzində meydana M.Səttarlı çıxır
90+3. Komandamız kornerdən faydalana bilmir
Matç başa çatdı
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 9. Reynaldo, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 55. Bədavi Hüseynov, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 88. İlrix Kapolonqo.
PİAST: 29. Yakub Şumski, 11. Marçin Robak, 3. Çaba Horvat, 4. Mateuş Matras, 5. Yan Polak, 14. Adrian Klepçinski, 25. Damian Zbozien, 17. Tomaş Podqorski (k), 18. Matey İzvolt, 20. Lukaş Hanzel, 22. Ruben Jurado.
Ehtiyat oyunçular: 1. Yakub Şmatula, 15. Lukaş Kriçki, 10. Kamil Vilçek, 26. Bartoş Şeliqa, 27. Artis Lazdinş, 9. Radoslav Muravski, 16. Pavol Çiçman.
