18 iyul 2013 23:52
İnter də məğlub qayıdır (YENİLƏNİB)
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” də növbəti oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi Norveçin “Tromse” klubudu. “Bankirlər” rəqib meydanında keçirilən ilk oyunda mütləq sərfəli nəticə qazanmalıydı. Kaxaber Sxadadzenin yetirmələri yalnız bu halda doğma divarlar arasında cütün taleyini həll etmək şansı qazana bilərdi. Lakin təəssüf ki, "bankirlər" ilk oyunda iki cavabsız qolla məğlub olublar və cavab matçında mərhələ keçmək çox çətin görünür.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Bakıda keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
18 iyul
Tromse – İnter - 2:0 (1:0)
Qollar: Z.Ondraşek, 43 (1:0), M.Andersen, 62 (2:0)
Tromse. “Alfheym” stadionu.
Baş hakim: Yuri Mojarovski (Ukrayna).
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
1. "Tromse" korner qazansa da, komandamız müdafiədə diqqətli oynayır
5. Meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıb. Daha bir korner qazanan "Tromse"nin bu cəhdinin də qarşısını futbolçularımız alırlar
16. Abatsiyevin zərbəsi qapıdan aralı keçir
21. Foyut sarı vərəqə alır
23. Sxadadzenin zərbəsi qapıdan yan keçir
24. "İnter" korner qazanır. Cavadovun ötürməsindən sonra İaşvilinin zərbəsi qapıdan aralı keçir
25. "Tromse" çox təhlükəli hücum qursa da, Ondraşekin zərbəsindən sonra qapı tiri "İnter"i qoldan xilas edir
31. M.Alvaronun zərbəsi qapıdan aralı keçir
34. Komandamızın korner vuruşu nəticəsiz qalır
39. İaşvilinin zərbəsi qapıdan aralı keçir
42. "İnter" daha bir korneri boşa verir
42. Cavadov sarı vərəqə alır
43. Ondraşek dəqiq zərbə ilə hesabı açır - 1:0
43. Lomaya ilk cəhddə Yohanssenin zərbəsini dəf etsə də, təkrar zərbə qarşısında aciz qalır
45. "Tromse"də daha bir korner. Müdafiəçilərimiz diqqətlidi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Norbyeni Kausevç əvəzləyir
47. Abatsiyevin zərbəsini Salman tutur
55. Oyun daha çox meydanın mərkəzində keçir
57. "İnter" növbəti korneri boşa verir
60. Draq yerini Moldskredə verir
62. Georgiyevski sarı vərəqə alır
62. Andersenin zərbəsi dəqiq olur - 2:0
70. M.Alvaronun zərbəsi qapıdan aralı keçir
76. Abatsiyevin əvəzində meydana Genov çıxır
78. Cavadovu isə S.Zərgərov əvəzləyir
79. M.Alvaronun zərbəsi qapıdan yan keçir
83. Pritkardı Yonsen əvəzləyir
90+2. Əmircanov da sarı vərəqə ilə cəzalanır
Matç başa çatdı
TROMSE: 1. Markus Salman, 3. Yaroslav Foyut, 7. Miika Koppinen (k), 14. Hans Norbye, 8. Tomas Bendiksen, 10. Tomas Draq, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek.
Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 6. Adnan Kauseviç, 16. Lars Yonsen, 19.Uilyam Frantzen, 5. Morten Moldskred, 21. Veqard Losvoll, 28. Aleksandr Priyoviç.
İNTER: 1. Georgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 33. Matiya Şpiçiç, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 47. Abdulla Abatsiyev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 15. Joao Paulo Dantas, 10. Daniel Genov, 14. İlqar Ələkbərov, 21. Arif Daşdəmirov, 6. Samir Zərgərov, 17. Ramil Mansurov.
