18 iyul 2013 23:48
Xəzər Lənkəran Maccabiyə ilk oyunda uduzdu (YENİLƏNİB)
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da növbəti oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi İsrailin “Maccabi” (Hayfa) klubudu. Güclü rəqiblə ilk görüşə səfərdə çıxan Con Toşakın yetirmələri Hayfada sərfəli nəticə qazanmağa çalışmalıydı. Əks halda komandamızın cavab matçındakı işi çətin olacaqdı. Təəssüf ki, təmsilçimiz bu görüşdə iki cavabsız qolla uduzdu.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Lənkəranda keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
18 iyul
Maccabi – Xəzər Lənkəran - 2:0 (1:0)
Qollar: H.Ezra, 37 (1:0), A.Turgeman, 55 (2:0)
Hayfa. “Kiryat Eliezer” stadionu.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
6. "Maccabi" korner qazanır. Keynanın zərbəsi qapıdan aralı keçir
12. Katan qapıya zərbə endirsə də, Doblas yerindədi
19. Ezranın vuruşunda top qapıdan yan keçir
21. Rayonun zərbəsini Doblas dəf edir
25. "Maccabi" korner qazanır. Turgemanın zərbəsi təhlükəli olsa da, Doblas topa sahib çıxır
28. "Maccabi" daha bir korner qazansa da, komandamız yenə diqqətli oynayır
31. Ezra çox fəaldı. Onun daha bir zərbəsi qapıdan aralı keçir
37. Ezra nəhayət istəyinə çatır və hesabı açır - 1:0
41. Tounkaranın zərbəsi qapıdan yan keçir
44. "Maccabi" daha bir korner qazanır. Hər şey komandamız üçün yaxşı bitir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Orsuliçin əvəzində meydana A.Pit çıxır
50. Nildo qapıçı ilə üz-üzə qalsa da, real qol şansını boşa verir. İnanılmaz!
51. "Maccabi"nin kornerdən fərqlənməsinə imkan verilmir
54. Abuhaziranın zərbəsi qapıdan yan keçir
55. Müdafiəçilərin kobud səhvindən sonra topu ələ keçirən Turgeman komandamızı ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 2:0
59. Turgemanın növbəti təhlükəli zərbəsi qapıdan aralı keçir
61. "Maccabi" iki ardıcıl korneri boşa verir
64. Katanın təhlükəli zərbəsini Doblas dəf edir
66. Todorovu Skarduelli əvəzləyir
66. "Maccabi"də isə Abuhazira yerini Sallaliçə verir
68. Sallaliçin zərbəsini Doblas tutur
71. Bonfimin əvəzində meydana E.Allahverdiyev çıxır
74. Katan yerini Qolasaya verir
77. Sallaliçin zərbəsi qapıdan yan keçir
78. Nildo qapıçı ilə üz-üzə qalsa da, zərbəsi çox bərbad alınır
79. Tounkaranın da zərbəsi dəqiq olmur
83. Turgemanın əvəzində meydana Pilyavski çıxır
87. E.Allahverdiyev sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
MACCABİ: 33. Boyan Şaranov, 13. Taleb Tvatha, 21. Dekel Keynan, 27. Eyal Meshumar, 7. Qustavo Bokkoli, 8. Hen Ezra, 10. Rayo, 25. Edin Kokaliç, 17. Alon Turgeman, 19. Şimon Abuhazira, 20. Yaniv Katan (k).
Ehtiyat oyunçular: 22. Amir Edri, 3. Şmuel Şeymann, 18. Elad Qabay, 29. Andrey Pilyavski, 15. Eyal Qolasa, 14. Sintayehu Sallaliç, 16. İsmail Rayan.
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 8. Eder Bonfim, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev (k), 23. Nikola Qliqorov, 99. Marin Orsuliç, 12. Franko Nildo.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 9. Uğur Pamuk, 16. Adrian Pit, 17. Kazım Kazımlı.
