17 iyul 2013 14:48
“Azərbaycan klubu Duşan Saviçin ayına 12 min avro verməyə hazır idi”
Makedoniya yığmasının hücumçu Duşan Saviç karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatına açıqlama verən futbolçunun agenti Ana Mariya Prodan xəbər yayıb.
“Saviç karyerasını Buxarest “Dinamo”sunda davam etdirməyə qərar verdi. Baxmayaraq ki, ona Azərbaycandan çox sərfəli təklif var idi. Azərbaycan klubu ona ayına 12 000 avro verirdi. Lakin Duşan pulu yox, karyerasını düşündü. Bu üzdən də Rumıniyada oynamağa qərar verdi.
Qeyd edək ki, 27 yaşlı hücumçunun son iş yeri Ukraynanın “Voln” klubu olub. O, 2012-2013-cü illərdə bu komandada 27 oyun keçirirək 6 qol vurub. Duşan əvvəllər Makedoniyanın “Belaşika”, “Pobeda”, “Vardar”, “Rabotniçki”, Rumıniyanın “Braşov”, Cənubi Koreyanın “İnçeon” və Özbəkistanın “Paxtakor” klublarında forma geyinib.
2005-ci ildə Makedoniya U-21-də 3 oyun keçirən Saviç 2007-ci ildən çağırıldığı A millidə 9 oyuna çıxıb.
