19 iyul 2013 00:49
Abışov debüt edə bilmədi, komandası qalib gəldi (YENİLƏNİB)
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu da bu turnirdə ilk oyununa çıxıb.
Birbaşa bu mərhələdən mübarizəyə qoşulan həmyerlimizin komandası ilk cəhdində Serbiyanın “Jagodina” klubunu mübarizədən kənarlaşdırmalıdı. Kazanlılar birinci oyunu səfərdə keçiriblər. Görüş Rusiya təmsilçisinin qələbəsi ilə başa çatıb.
Bu görüşdə Ruslan Abışovun da meydana çıxması istisna olunmurdu. Lakin futbolçumuz sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 25-də keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
18 iyul
Jagodina - Rubin - 2:3
