17 iyul 2013 14:59
Sumqayıt Anjinin oyunçusunu transfer hüququ ilə birgə aldı
“Sumqayıt” Məhəmməd Mizrəbəyovun məsələsini həll edib. Azerisport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rusiyanın “Anji” klubu ilə tam razılığa gəlib.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Sumqayıt”da 28 oyunda meydana çıxaraq 2060 dəqiqə oynayıb və 1 qol vurub. Bu mövsüm isə o, Sumqayıt klubunun tam hüquqlu oyunçusu kimi çıxış edəcək. Belə ki, futbolçu Mahaçqala təmsilçisindən transfer vərəqini alıb və “Sumqayıt”la iki illik müqavilə imzalayıb.
