17 iyul 2013 15:06
Xəzər Lənkəran – Fenerbahçe matçı canlı yayımlanacaq
Məlum olduğu kimi, iyulun 21-də Türkiyənin “Fenerbahçe” klubu ilə “Xəzər Lənkəran” arasında yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Lənkəranda baş tutacaq qarşılaşma canlı yayımlanacaq.
Bu matçı “İdman Azərbaycan” telekanalı azarkeşlərə göstərməyi planlaşdırır.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Fenerbahçe” yoldaşlıq görüşü iyulun 21-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
