17 iyul 2013 15:17
Qarabağ - Piast oyunu canlı yayımda
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Piast" oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, futbolsevərlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Piast" oyunu iyulun 18-də keçiriləcək və saat 21:00-da başlayacaq. Cavab görüşü isə iyulun 25-də baş tutacaq.
