17 iyul 2013 15:24
Qəbələ Avstriyaya getdi
Türkiyə toplanışını başa vurub vətənə dönən və 3 gün istirahət edən “Qəbələ” yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, bölgə klubu ötən gecə təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün Avstriyaya yollanıb.
“Qəbələ” Bakı-Frankfurt-Zaltsburq reysi ilə səfərə çıxıb. İyulun 28-ədək davam edəcək toplanış ərzində təmsilçimiz Zaltsburqdakı “Trend Austria” otelində məskunlaşacaq.
Baş məşqçi Yuri Syomin yetirmələrini 3 yoxlama oyununda sınayacaq.
