17 iyul 2013 15:33
Azərbaycanlı hakimlərin Polşa toplanışı: bu gün beş oyun idarə olunacaq (FOTOREPORTAJ)
Azərbaycanlı hakimlərin Polşanın Visla şəhərindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində hakimlərimiz bu gün 5 oyun idarə edəcəklər.
Anar Salmanov, Yaşar Abbasov və Namiq Hüseynov “Poloniya” – “GKS Tychy” qarşılaşmasında, Orxan Məmmədov, Rahil Ramazanov və Knyaz Əmiraslanov “Zaqlebiye – Gugnik” oyununda meydana çıxacaqlar.
Aşağıda qeyd olunmuş digər 3 briqadanın konkret hansı oyunları idarə edəcəyi isə stadionda müəyyənləşəcək:
Namiq Bəkirov, Elşən Acalov, İsgəndər Əliyev
Sərxan İsmayılov, Azər Əsgərov, Rəvan Həmzəzadə
Ramil Diniyev, Rza Məmmədov, Akif Əmirəli
(AFFA)
