17 iyul 2013 15:55
Arif Əsədov: Neftçi ehtiyatlı oynamalıdı
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov paytaxt klubunun Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”su ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Neftçi” rəqibini bütün komponentlərdə üstələyir. Eyni zamanda da maliyyə cəhətdən. Azərbaycan çempionu futbolçularının səviyyəsinə görə də “Skenderbeu”dan öndədi. Amma bu, Çempionlar Liqasıdı. Mətbuatdakı açıqlamalarından da görünür ki, rəqib komanda öz gücünə güvənir. Ona görə də “Neftçi”nin üzvləri ehtiyatlı olmalıdılar. Komandamız ilk oyunda xüsusilə müdafiədə diqqətli oynamalıdı. Qol buraxmadan rəqib qapısına minimum iki top vurmaq lazımdı. Yalnız bu halda cavab görüşünə arxayın yollanmaq olar”.
