17 iyul 2013 16:07
Sumqayıtdan Mirzəbəyov açıqlaması
"Sumqayıt" 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən mövsümü bu klubda icarə əsasında keçirmiş Məhəmməd Mirzəbəyov artıq "Sumqayıt"a məxsusdu.
Bu barədə məlumat vermişdik. Artıq klubun rəsmi saytı da bu xəbəri təsdiqləyib. 23 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.
Məhəmməd sabahdan komandanın Gürcüstandakı təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov 2012/13 mövsümündə Topaz Premyer Liqasında ümumilikdə 28 oyunda meydana çıxıb (2060 dəqiqə) və 1 qol vurub.
