17 iyul 2013 16:19
İnter Rəvana qalib gəldi
“İnter”in əvəzedici heyəti növbəti çempionata hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün əvəzedici “bankirlər” “Şəfa” stadionunda növbəti yoxlama matçına çıxıb.
“Rəvan”la keçirilən matçda “İnter” 3:1 hesabıyla qalib gəlib. Meydan sahiblərinin heyətində Mirsahib Abbasov(dubl) və Nurxan Mənsimzadə fərqləniblər.
