17 iyul 2013 17:08
Toni Doblas: Ümid edirəm ki, Maccabi ilə oyunlarda qırmızı vərəqəsiz ötüşəcəyik
“Xəzər Lənkəran”ın qapıçısı Toni Doblasın azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibiniz olan Hayfa “Maccabi”si haqda nə bilirsiz?
- Heç nə bilmirəm. Yəqin ki, oyun hər şeyi göstərəcək. Əminəm ki, bu mərhələdə bizə asan rəqib düşməyib. Amma fikrimcə, onlarla oynaya bilərik. Bizim yaxşı komandamız var.
- Heç nə bilmirəm. Yəqin ki, oyun hər şeyi göstərəcək. Əminəm ki, bu mərhələdə bizə asan rəqib düşməyib. Amma fikrimcə, onlarla oynaya bilərik. Bizim yaxşı komandamız var.
- Amma Malta “Sliema”sı ilə oyunlarda ciddi üstünlüyünüz diqqət çəkmədi...
- Biz hələ pik formaya çatmamışıq. Komanda mövsümə yenicə başlayır. “Sliema” ilə oyunlar da sadəcə mövsümə hazırlığın bir hissəsi idi. Əsas odu ki, maltalıları mübarizədən kənarlaşdıra bildik.
- Yəni, “Maccabi” ilə oyunlarda tam fərqli komanda görə biləcəyik?
- Şübhəsiz ki, daha yaxşı oynamalıyıq.
- Şübhəsiz ki, daha yaxşı oynamalıyıq.
- “Xəzər Lənkəran”ın “Sliema” ilə oyunların hər ikisində qırmızı vərəqə alması nə ilə bağlıdı?
- Bu, mənfi statistikadı. Özü də bizim xeyrimizə olmayan statistika. Amma mən buna görə nə Elnur Allahverdiyevi nə də Elnur Abdullayevi günahlandıra bilərəm. Hərdən meydanda konsentrasiyanı itirirsən. Əminəm ki, onlar bunu etmək istəməzdilər. Ümid edirəm ki, “Maccabi” ilə oyunlarda heç kim qırmızı vərəqə almayacaq.

- “Sliema” ilə Lənkərandakı oyundan sonra siz azarkeşlərə təşəkkürünüzü bildirdiniz...
- Onlar buna layiqdilər. Azarkeşlərimiz bizi bütün oyun boyu arxayınlaşmağa qoymadılar. Onların ifasında Meksika dalğasını xüsusi qeyd etmək istərdim. Adətən bunu komanda böyük hesabla qalib gələndə edirlər. Amma görünür onlar bizim oyunumuzdan razı idilər. Ümid edirəm ki, bu mənzərəni bütün mövsüm boyu görə biləcəyik.