17 iyul 2013 17:36
“Qarabağla necə oynamaq lazım olduğunu bilirik”
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubunun kapitanı Tomaş Podqorski komandasının Ağdam təmsilçisi ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:
“Biz müdafiədən oynamağı bacarmırıq. Özümüz də bunu istəmirik. Bu, bizim futbol baxışlarımıza ziddi. İstiyə baxmayaraq, sürətli oynamağa çalışacağıq. “Qarabağ”ın oyunlarının videoyazısına baxmışıq. Bu komandaya qarşı necə oynamaq lazım olduğunu bilirik”.
