18 iyul 2013 18:17
Ruslan Abışov və komandası Jagodinaya qarşı (VİDEO)
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu da ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, birbaşa bu mərhələdən mübarizəyə qoşulan həmyerlimizin komandası ilk cəhdində Serbiyanın “Jagodina” klubunu mübarizədən kənarlaşdırmalıdı.
Kazanlılar ötən gün bu oyun öncəsi rəqib meydanında məşqə çıxıblar. “Rubin”in klub televiziyasının “Jagodina” matçı ilə bağlı hazırladığı videoreportajı təqdim edirik.
