18 iyul 2013 19:36
“Əsas səfərdə qol vurmaqdı, qələbəni isə Bakıda qazanmaq lazımdı”
“İnter”in müdafiəçisi Brüs Abdulay Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”sinə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Avrokuboklarda zəif komanda olmur. Buna görə “İnter”lə “Tromse”nin bərabər şanslara malik olduğunu düşünürəm. Amma ilk oyundan sonra çox şey dəyişə bilər. Norveçlilər evdə oynayırlar və qələbə qazanmağa çalışacaqlar. Bizə izə özümüzə inanmaq və bacardığımız oyunu sərgiləmək lazımdı. Bizim bu komandanı keçmək şansımız var. İndi əsas səfərdə qol vurmaqdı. Qələbəni isə Bakıda qazanmaq lazımdı”.
