18 iyul 2013 19:47

“Mütləq qalib gəlməliyik”

Norveçin “Tromse” klubunun forvardı Zdenek Ondrasekin Avropa Liqasının ikinci təsnifat mərhələsinin “İnter”lə oyunu öncəsi azerisport.az sayına müsahibəsi
 
- “İnter”lə oyuna necə hazırlaşmısız?
- İnternetdən komandanız haqda çox şey öyrənmişik. Bir neçə il öncə bu komanda Azərbaycan çempionu olub. Çox güclü komandadı. Bundan əvvəlki mərhələdə Finlandiyanın “Mariehamn” klubunu çox inamlı qələbə ilə mübarizədən kənarlaşdırdı. Rəqibimiz çox yaxşı müdafiə olunur.
 
- Bakılıların neçə oyununa baxmısız?
- “Mariehamn”la son oyunun kadrlarına baxmışıq. Digər oyunlarından da müxtəlif kadrları izləmişik. Bu komanda rəqibin hər bir səhvindən yararlanmağı bacarır. Ona görə də bizə ehtiyatlı olmaq lazımdı.
 
- Cütün favoriti hansı komandadı?
- Favorit yoxdu. Hər iki komanda eyni gücdədi. Sadəcə, bizə ilk oyunda qələbə qazanmaq lazımdı ki, Bakıya yaxşı əhval-ruhiyyədə yollanaq.
 
- Bakının istisindən çəkinmirsiz?
- Bu barədə püşkatmadan dərhal sonra düşünmüşük. Amma düşünmürəm ki, isti hava bizə xüsusi çətinlik yaratsın. Elə yayın istisini də görmüş olarıq. Onsuz da Norveçdə iyul ayı üçün çox soyuq hava keçir. Eyni zamanda etiraf etməliyəm ki, isti havada futbol oynamaq bir qədər çətin olur.
 
- “Tromse”nin qarşısına hansı vəzifə qoyulub?
- İki mərhələ keçmək. Mümkün olsa, daha çox. Əsas pley-off mərhələsinə kimi irəliləməkdi. Orda necə olacağına baxarıq. Bu üzdən də “İnter”ə mütləq qalib gəlməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.