18 iyul 2013 19:55
Azərbaycan Ukrayna ilə sülh bağladı
Bu gün Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında daha bir yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib.
Hesabı 26-cı dəqiqədə Aysun Əliyeva açsa da, ardından qonaqlar iki qol vuraraq önə keçiblər. Amma ikinci hissənin əvvəlində Nigar Cəlilli hesaba tarazlıq gətirib – 2:2. Oyun elə bu hesabla da başa çatıb.
Xatırladaq ki, bu komandalar arasında iyulun 16-da keçirilmiş oyunda 3:2 hesabı ilə yığmamız qələbə qazanmışdı.
