18 iyul 2013 21:47
“Ötən oyunla müqayisədə daha yaxşı oynadıq”
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra Azərbaycan U-19 yığmasının baş məşqçisi Patrisia Qonzales fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Bu gün heç-heçə etsək də, ötən oyunla müqayisədə daha yaxşı oynadıq. Bu yoldaşlıq görüşləri bizim üçün vacib idi. Birinci hissədə Ukrayna yığması aqressiv oynadı. Buna görə fasilədə bildirdim ki, rəqibə qarşı qaydalar çərçivəsində daha sərt mübarizə aparmaq lazımdır. Beləcə, topa da daha çox nəzarət bizim tərəfimizə keçdi". (AFFA)
