18 iyul 2013 21:53
“Əsas çatışmazlığımız qol epizodlarını reallaşdıra bilməməyimizdi”
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra Ukrayna U-19 yığmasının baş məşqçisi Natalya Zinçenko fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Bu oyunların yüksək səviyyədə təşkili və bizə dəvət göndərdiyinə görə AFFA-ya təşəkkür edirik. Oyuna gəlincə, iki gün əvvəlki qarşılaşma ilə müqayisədə daha yaxşı çıxış etdik. Əsas çatışmazlığımız qol epizodlarını reallaşdıra bilməməyimizdi. Bu oyunlar heyətimizin komplektləşdirilməsi baxımından bizim üçün əhəmiyyətli idi".(AFFA)
