18 iyul 2013 23:50
Elhad Avroliqada debüt etdi, komandası darmadağınla qalib gəldi (YENİLƏNİB)
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı Rumıniyanın “Petrolul” klubu da bu turnirdə ilk oyununa çıxıb.
Birbaşa bu mərhələdən mübarizəyə qoşulan həmyerlimizin komandası ilk cəhdində Farer adalarının “Vikingur” klubunu mübarizədən kənarlaşdırmalıdı. "Petroluul" doğma meydanda keçirilən görüşdə 3 cavabsız qolla qalib gəlib və demək olar ki, növbəti mərhələyə vəsiqənin taleyini həll edib.
Bu görüşdə Elhad da meydana çıxıb. O, 82-ci dəqiqədə mübarizəyə qoşulub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 25-də keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
18 iyul
Petrolul – Víkingur - 3:0
