18 iyul 2013 11:07
Qəbələnin Avstriyadakı ilk məşqi (FOTOREPORTAJ)
Təlim-məşq prosesinin üçüncü mərhələsi üçün iyunun 17-də səhər saatlarında Avstriyaya yollanan "Qəbələ" günün ikinci yarısında sözügeden ölkədə ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqə komanda tam heyətlə qatılıb.
Avstriya toplanışının ilk günü əsasən qaçış və fiziki çalışmalarla yadda qalıb. Daha sonra futbolçular ikitərəfli oyunda üz-üzə gəliblər. Yannik Kamanan və Rail Məlikov yüngül zədə üzündən məşqi yarımçıq dayandırmalı olub. Komanda hazırlıq prosesini bu gün keçiriləcək iki məşqlə davam etdirəcək.
