18 iyul 2013 11:16
Skenderbeu Bakıda tarixi nəticəyə imza atıb
Albaniyanın “Skenderbeu” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdiyi ilk oyunda tarixi nəticəyə imza atıb. Azerisport.az xəbər verir ki, Korçe şəhərinin təmsilçisi avrokuboklardakı tarixi ərzində ilk dəfə səfər oyunlarında məğlub olmadı.
Belə ki, bu komanda ilk avrokuboklar mövsümündə səfərdə Kiprin APOEL klubuna 0:6 hesabıyla uduzmuşdusa, ötən mövsüm də Macarıstanın “Debrecen” kollektivinə üç cavabsız qolla məğlub olmuşdu. Göründüyü kimi, “Neftçi” ilə Bakıdakı oyun “Skenderbeu” üçün qələbəyə bərabərdi və onların ötən günkü sevincini hardasa başa düşmək olar.
