18 iyul 2013 11:38
Azərbaycanla Ukrayna yenidən üz-üzə
Bu gün Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında daha bir yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 18:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında iyulun 16-da keçirilmiş oyunda 3:2 hesabı ilə yığmamız qələbə qazanmışdı.
