18 iyul 2013 11:44
Ramal Hüseynov Bucaspor ilə rəsmi müqavilə imzaladı (FOTO)
Ötən mövsüm "Qaradağ Lökbatan"ın formasını geyən Ramal Hüseynov futbolçu karyerasnı Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, xeyli müddətdi PTT Birinci Liqa təmsilçisi "Bucaspor"da baxışda olan 29 yaşlı Hüseynov məşqçilər korpusununun etimadını qazana bilib.
Nəticədə klub rəhbərliyi onu komandaya transfer etməyə qərar veriblər. Futbolçumuzla iki illik rəsmi müqavilə imzalanıb. Bu barədə “Bucaspor”un rəsmi saytı məlumat yayıb.
Ramal Hüseynov imzalanma mərasimindən sonra deyib ki, klubun uğuru üçün əlindən gələni edəcək: “Bucaspor”a gəldiyim üçün çox şadam. Komandamın uğuru üçün əlimdən gələn hər şeyi edəcəm. Hər iki tərəf üçün xeyirli olsun”.
Qeyd edək ki, bu Hüseynovun Türkiyə klublarında ilk çıxışı olmayacaq.Belə ki, yarımmüdafiəçi 2008/2009 mövsümündə Türkiyənin "Kocelaelispor" komandasında da oynayıb.
