18 iyul 2013 11:57
Eyal Qolasa: Xəzər Lənkəran çox təhlükəli komandadı
İsrailin “Maccabi” (Hayfa) klubunun yarımmüdafiəçisi Eyal Qolasa Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Yeni mövsümün startı ərəfəsində hamıda həyacan var. Amma sakit olmağımız lazımdı. “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən oyunlara baxmışıq. Rəqibimiz çox təhlükəli komandadı. Amma biz istənilən halda qələbə qazanmalıyıq”.
