18 iyul 2013 12:09

Matiya Şpiçiç: Tromsedə ən azı bir qol vursaq, cütün taleyini Bakıda həll edəcəyik

“İnter”in xorvatiyalı yeni transferi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi
 
- Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”si ilə ilk oyuna çıxırsız. Nə gözləyirsiz?
- Çətin oyun olacaq. Bizə qarşı çox yaxşı komanda çıxış edəcək. Lakin məncə kimin nəyə qadir olduğunu ilk oyun daha yaxşı göstərəcək. Onlar bizim oyunumuzu görüblər. Elə biz də rəqibin görüşlərini izləmişik. Amma videoyazı ilə canlı izləmək tam fərqlənir. Əminəm ki, bu oyuna yaxşı hazırlaşa bilmişik.
 
- Tromsedə hansı nəticə sizi qane edəcək?
- Əsas səfərdə qol vurmaqdı. Mənə elə gəlir ki, səfərdə hətta bir qol da vursaq, cütün taleyini Bakıda həll edə bilərik. Həm də rəqibin hücumlarının qarşısını almağı bacarmalıyıq.
 
- Sizcə, rəqibin güclü tərəfləri nədədi?
- “Tromse” daha çox cinahlardan hücumlar təşkil edir. Rəqibi daim gərginlikdə saxlayırlar. Topu özlərində saxlamağa çalışırlar. Əgər biz cinahlarda diqqətli oynaya bilsək, norveçlilər özlərini heç də rahat hiss etməyəcəklər. Əlbəttə, onlar da bizə sürpriz etməyə çalışacaqlar. Amma biz hər şeyə hazırıq. Onlar evdə oynadığından üzərlərində təzyiq hiss edəcəklər. Bizə isə əksinə, tam sərbəst oynamaq lazımdı.
 
- “İnter” “Tromse”yə qol vuracaq gücdədi?
- Tamamilə. Uşaqlar bu mərhələni keçməyi çox istəyirlər. Hər şey özümüzdən asılıdı.
 
- Sizin “İnter”ə keçidiniz necə baş tutdu?
- “Sibir”lə daha bir illik müqaviləm var idi. Amma Bakı klubunun məşqçilər korpusu məni komandada görmək istədiklərini bildirdilər. Bu təkliflə bağlı çox düşünmədim. Çünki çoxdan idi Avropa klublarından birində çıxış etmək istəyirdim.
 
- “Sibir” Avropa klubu deyil?
- Onlar “İnter”dən fərqli Avropada oynamırlar.
 
- Komandaya uyğunlaşa bilmisiz?
- Öncə bir qədər çətinlik var idi. Amma hər şeyə alışmışam. Əsas odu ki, komanda məni yaxşı qəbul etdi. Səfər öncədi “Xəzər Lənkəran”da çıxış edən Marin Orsuliçlə zəngləşdim. Həmçinin “Qəbələ”dən Valentiçlə də söhbətləşmişəm. Onların dediyinə görə, Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yüksəlir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.