18 iyul 2013 12:16
Bir məşq, sonra istirahət (FOTOREPORTAJ)
Yeni mövsümə hazırlıqları Avstriyada davam etdirən "Simurq" ötən gün bir məşqə çıxıb. Azerisport.az xəbər verir ki, "Olimpiakos"la yoldaşlıq görüşündən sonrakı ilk hazırlıq bərpaedici xarakter daşıyıb.
Fitness zalda başlayan məşq prosesi, daha sonra komandanın məskunlaşdığı "Kayzer" otelinin meydançasında davam edib. Yoxlama görüşündə 90 dəqiqə forma geyinmiş futbolçular uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra ayaq tennisi oynayıblar. Digərləri isə iki qrupa bölünərək kiçik qapılarda ikirətərli futbol oynayıb. Bundan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verib.
Təlim-məşq prosesinin proqramına uyğun olaraq komanda bu gün iki məşqə çıxacaq.
