18 iyul 2013 12:28
Qarabağın Piastla oyununa 5 min bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la Polşanın “Piast” klubu arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə artıq 5000 bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, “Qarabağ” – “Piast” oyunu bu gün keçiriləcək və saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Qlivitsada keçiriləcək.
