18 iyul 2013 12:43
Neftçi Albaniyaya nə vaxt yola düşəcək?
Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”su ilə səfər matçına yollanacağı tarixi müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyevin komandası Korçeyə iyulun 22-də yola düşəcək.
Qeyd edək ki, “Skenderbeu” ilə “Neftçi” arasındakı ilk oyun 0:0 hesabıyla başa çatıb. Cavab görüşü isə iyulun 23-də keçiriləcək.
