19 iyul 2013 00:26
Marçin Broş: Nəticədən razı qaldım
Polşanın “Piast” klubunun baş məşqçisi Marçin Broş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Fikrimcə, nəticə oyuna görə oldu. Biz birinci hissədə daha yaxşı oynadıq. Amma daha sonra “Qarabağ”ın futbolçuları daha yaxşı texnikaya sahib olduqlarını göstərdilər. Uduzsaq da, nəticədən razıyam. Bakıda heç bir futbolçumuz zəhərlənmədi. “Qarabağ”a qonaqpərvərliyinə görə minnətdarıq. Biz də Polşada onları belə qəbul etməyə çalışacağıq”.

Broş daha sonra vaxtilə “Qarabağ”ın “Visla”nı məğlub etməsinə toxunub: “Bu, bizim üzərimizdə heç bir təzyiq yaratmır. Cavab matçına hazırlaşmaq üçün yetərincə vaxtımız var. “Qarabağ”ın heyətində heç kimi xüsusi qeyd etmək istəməzdim. Biz bu komandadan nə gözləmək lazım olduğunu öncədən də bilirdik”.