18 iyul 2013 12:55
Marçin Burhard: Qarabağ topu özündə saxlamağa çalışacaq
“Simurq”un sabiq hücumçusu Marçin Burhard Polşanın “Piast” klubunun Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Polşa mətbuatına müsahibəsində bunları söyləyib:
“Biz “Qarabağ”la iki, ya da üç oyun keçirmişdik. Yadıma gəlir ki, səfərdə bu komandaya 1:2 hesabıyla məğlub olduq. Onların çox güclü komandası var. Daha çox texnikaya üstünlük verirlər. Biz nə vaxtsa Azərbaycana gülürdük. Amma indi onlar futbolda çox artırıblar. Artıq bura ispaniyalı legionerlər gəlirlər. “Qarabağ” topu özündə saxlamağa çalışacaq. Onlar bunu çox yaxşı bacarırlar. Hətta məğlub durumda olduqları halda da, tələsmirlər və səbrlə oyun qururlar”.