19 iyul 2013 15:15

Neftçi BATE və ya Şaxtyor ilə qarşılaşa bilər (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılır. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Neftçi”nin də potensial rəqibləri müəyyənləşib.
 
Qeyd edək ki, komandamız ikinci təsnifat mərhələsində Albaniya çempionu “Skenderbeu” ilə mübarizə aparır. “Ağ-qaralar” bu rəqibini keçəcəyi halda hansı komanda ilə qarşılaşacağını məhz indidən öyrənib. Maraq üçün qeyd edək ki, təmsilçimiz “Skenderbeu” ilə ev oyununda 0:0 hesablı heç-heçəyə razılaşdığından hələlik mərhələ keçəcəyi sual altındadı və hər şeyə iyulun 23-də keçiriləcək cavab görüşündə aydınlıq gələcək.
 
“Neftçi” üçüncü təsnifat mərhələsinin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alıb. Bu isə o demək idi ki, təmsilçimizi bu mərhələnin püşkatması zamanı daha güclü rəqiblər gözləyirdi. Komandamızın potensial rəqiblərinin əksəri ikinci təsnifat mərhələsində çıxış edən klublar idi. Amma “Basel”, APOEL və “Austria” mübarizəyə məhz üçüncü təsnifat mərhələsindən başlayacaq komandalardı ki, “ağ-qaralar”ın bəxtinə bu üç “nəhəng”dən də biri düşə bilərdi.
 
Püşkatmadan az əvvəl “Neftçi”nin potensial rəqiblərinin yekun və konkret siyahısı da müəyyənləşmişdi. Komandamız üçüncü təsnifat mərhələsinə vəsiqə qazansa, aşağıdakı klublardan biri ilə görüşməli olacaqdı:
 
Austria (Avstriya)
BATE (Belarus) – Şaxtyor (Qazaxıstan) cütünün qalibi
Celtic (Şotlandiya) – Cliftonville (Şimali İrlandiya) cütünün qalibi
Viktoria – Zeljezniçar (Bosniya və Herseqovina) cütünün qalibi
Dinamo (Zaqreb, Xorvatiya) – Fola (Lüksemburq) cütünün qalibi
 
Püşk isə komandamızın bəxtinə məhz BATE - "Şaxtyor" cütünü çıxarıb. Maraq üçün qeyd edək ki, bu komandalar arasında Belarusda keçirilmiş görüşdə BATE sensasion şəkildə rəqibinə 0:1 hesabıyla məğlub olub. İyulun 23-də Qazaxıstanda keçiriləcək cavab matçının necə başa çatacağı isə maraqla gözlənilir.

“Neftçi” mərhələ adlasa, potensial rəqiblərindən biri ilə ilk oyunu səfərdə keçirəcək. Cavab görüşü isə Bakıda olacaq.
 
Bütövlükdə isə, üçüncü təsnifat mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaqlar:
 
Basel (İsveçrə) - Gyori ETO (Macarıstan)/Maccabi (Təl-Əviv, İsrail)
Sligo Rovers (İrlandiya)/Molde (Danimarka) - TNS (Uels)/Legia (Polşa)
Slovan (Slovakiya)/Ludogorets (Bolqarıstan) - Shirak (Ermənistan)/Partizan (Serbiya)
Dinamo (Tiflis, Gürcüstan)/Streymur (Farer adaları) - Steaua (Rumıniya)/Vardar (Makedoniya)
APOEL (Kipr) - Birkirkara (Malta)/Maribor (Sloveniya)
Celtic (Şotlandiya)/Cliftonville (Şimali İrlandiya) - Elfsborg (İsveç)/Daugava (Latviya)
BATE (Belarus)/Şaxtyor (Qazaxıstan) - Neftçi (Azərbaycan)/Skenderbeu (Albaniya)
Austria (Avstriya) - Ekranas (Litva)/Hafnarfjordur (İslandiya)
HJK (Finlandiya)/Nomme Kalju (Estoniya) – Viktoria (Çexiya)/Zeljezniçar (Bosniya)
Dinamo (Zaqreb, Xorvatiya)/Fola (Lüksemburq) - Sheriff (Moldova)/Sutjeska (Monteneqro)
 
Nordsjelland (Danimarka) - Zenit (Rusiya)
Salzburg (Avstriya) - Fenerbahçe (Türkiyə)
PAOK (Yunanıstan) - Metallist (Ukrayna)
Olympique (Lion, Fransa) - Grasshopper (İsveçrə)
PSV (Hollandiya) - Zulte Waregem (Belçika)

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları iyulun 30-31-də və avqustun 6-7-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.