18 iyul 2013 13:27
Sumqayıt gürcü klubuna belə divan tutdu (VİDEO, FOTO)
Xəbər verdiyimiz kimi, hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun yetirmələri Gürcüstan 1-ci liqa təmsilçisi "Mertsxali" ilə qüvvəsini sınayıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Sumqayıt" FK-nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada qolları Ruslan Nəsirli (2 qol) və Vurğun Hüseynov vurub.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu iyulun 20-də Gürcüstan Premyer Liqa təmsilçisi "Merani Martvili"yə qarşı keçirəcək.
