18 iyul 2013 13:55
Böyük oyunların keçirilmə vaxtı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2013/14 mövsümündə baş tutacaq “Böyük oyun”ların vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, dörddövrəli çempionatda “Neftçi” və “Xəzər Lənkəran” 4 dəfə üz-üzə gələcək.
İlk derbi 4-cü turda – avtustun 25-də baş tutacaq. Əzəli rəqiblər bundan başqa 12-ci turda (2 noyabr), 20-ci turda (9 fevral) və 28-ci turda (29 martda) üz-üzə gələcək.
25 avqust
4-cü tur: Xəzər Lənkəran – Neftçi
2 noyabr
12-ci tur: Neftçi – Xəzər Lənkəran
9 fevral
20-ci tur: Xəzər Lənkəran (Lənkəran) – Neftçi
29 mart
28-ci tur: Neftçi – Xəzər Lənkəran
