18 iyul 2013 14:01
Yeni mövsümün iki turunun oyunları təxirə salına bilər
Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan Premyer Liqasının 2013/14 mövsümünün təqvimini açıqlayıb. Azerisport.az xəbər verir ki, artıq indidən milli çempionatın yeni mövsümündə iki turun təxirə salınması ehtimalı yaranıb.
Bu barədə PFL məlumat yayıb. Məlumatda bildirilir ki, Premyer Liqanın 5-ci turunun (31 avqust, 1 sentyabr) və 9-cu turunun (4-6 oktyabr) oyunları Azərbaycan millisinin maraqlarına uyğun olaraq təxirə salına bilər.
