19 iyul 2013 02:13
“Artıq Bakıdakı oyun barədə düşünməliyik”
Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
“Oyun bizim üçün çətin alındı. Amma buna baxmayaraq, istəyimizə çata bildik. Meydanın mərkəzində üstünlüyü ələ almaq istəyirdik. Buna nail olduq. İlk qoldan sonra isə oyunumuz daha yaxşı alınmağa başladı. Komandamın öz gücünə inam yarandı. Hesab edirəm ki, yaxşı oynadıq. Artıq Bakıdakı oyun barədə düşünməyimiz lazımdı. 2:0 yaxşı üstünlükdü”.
