19 iyul 2013 01:24
“Piast Qarabağı keçəcək”
Polşanın “Piast” klubunun müdafiəçisi Çaba Horvat Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyun barədə danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Biz oyuna yaxşı başladıq. Qol vurduq, üstünlük qazandıq. Amma sonradan rəqib oyuna nəzarəti ələ keçirdi. Almeydanı oyunun ən yaxşısı hesab edirəm. Komandaların şansları hələ də bərabərdi. Hesab edirəm ki, biz “Qarabağ”ı keçə, növbəti mərhələyə yüksələcəyik”.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Polşada keçiriləcək.