19 iyul 2013 01:18
Qara Qarayev: Üstünlük artıq Piastın tərəfindədi
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Çox təəssüf ki, ev oyununda qol buraxdıq. Bizim üçün belə bir rəqibə qarpşı “ikinci mərtəbə”də oynamaq çox çətin idi. Xüsusilə də standart vəziyyətlər zamanı. Fikrimcə, artıq üstünlük onların tərəfindədi. Bu komanda evdə daha yaxşı oynayır”.