19 iyul 2013 02:27
Vüqar Nadirov: Polşada daha aqressiv oynayacağıq
“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Oyunun əvvəlində rəqibdə hər şey çox yaxşı alındı. Təəssüf ki, 2:0 hesabıyla qalib gəlmək mümkün olmadı. Artıq cavab matçında işimiz çox çətin olacaq. Çünki onlar evdə daha yaxşı oynayırlar. Biz isə hələlik yaratdığımız qol vəziyyətlərindən istədiyimiz kimi yararlana bilmirik. Amma Polşada daha aqressiv oynayacağıq”.
