19 iyul 2013 02:31
Arik Benado: Azərbaycana 2-ci qələbə üçün gedəcəyik
İsrailin “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, israilli mütəxəssis komandasının 2:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Biz çox vacib qələbə qazandıq. Daha böyük hesabla da qalib gələ bilərdik. Amma hesab edirəm ki, mövsümün ilk oyunu üçün 2:0 da yaxşı qələbədi. Azərbaycana ikinci qələbə üçün gedəcəyik. Səfərdə də qalib gəlib, növbəti mərhələyə adlamaq istəyirik. Çünki hələ heç nəyə aydınlıq gəlməyib. 2:0 növbəti mərhələyə zəmanət sayıla bilməz. "Xəzər Lənkəran" bu gün bacardığı kimi oynaya bilmədi. Bu da ondan irəli gəlirdi ki, biz onlara belə bir imkan yaratmadıq. Bizə qətiyyən arxayınlaşmaq olmaz. Yenilərə gəlincə, onlar necə yüksək səviyyəli futbolçular olduqlarını isbatladılar. Komandamdan razı qaldım”.