19 iyul 2013 16:19

Klublarımızın Avroliqadakı potensial rəqibləri müəyyənləşdi (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri – “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” klubları da növbəti mərhələdəki potensial rəqiblərini tanıyıblar.
 
Qeyd edək ki, ilk mərhələdə müvafiq olaraq Makedoniyanın “Metallurg”, Finlandiyanın “Mariehamn” və Maltanın “Sliema” klublarını mübarizədən kənarlaşdıran təmsilçilərimiz indi üçüncü raunda vəsiqə qazanmaq iddiasındadılar. Bu yolda “Qarabağ” Polşa “Piast”ını, “İnter” Norveç “Tromse”sini, “Xəzər Lənkəran” isə İsrail “Maccabi”sini yolundan kənarlaşdırmalıdı. Baxmayaraq ki, ilk oyunların nəticələri klublarımız üçün yaxşı nəticə vəd etmir. Yalnız “Qarabağ” müəyyən istisna təşkil edir.
 
Üçüncü təsnifat mərhələsinin püşkatması zamanı klublarımızdan biri səpələnmişlər, ikisi isə səpələnməmişlər səbətində yer alıb. Səpələnmişlər səbətində yer almaq imkanı “Xəzər Lənkəran”a məxsusdu. Məsələ burasındadı ki, cənub təmsilçisinin ikinci təsnifat mərhələsindəki rəqibi olan “Maccabi” UEFA reytinqində yuxarı mövqelərdədi. Məhz bunun sayəsində komandamız bu rəqibini keçsə, o zaman üçüncü təsnifat mərhələsində daha zəif kollektivlərin yer aldığı səpələnməmişlər səbətindəki klublardan birinə rəqib olacaq.
 
“Qarabağ”la “İnter”i isə fərqli aqibət gözləyir. Bu iki klubumuzun həm özlərinin, həm də onların rəqiblərinin (müvafiq olaraq “Piast” və “Tromse”) UEFA-dakı reytinq xalı üçüncü təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer almağa imkan vermir. Bu üzdən də Ağdam və Bakı klubları səpələnməmişlər səbətində yer alıblar ki, bu da onların bəxtinə daha güclü klubların çıxmasını labüd edib.
 
“Qarabağ”ın potensial rəqibləri bunlar idi:
 
Stuttgart (Almaniya)
Saint-Etienne (Fransa)
Rapid (Avstriya)
Olimpija (Sloveniya) – Jilina (Slovakiya) cütünün qalibi
Anorthosis (Kipr) – Gefle (İsveç) cütünün qalibi
Stromsgodset (Norveç) – Debrecen (Macarıstan) cütünün qalibi
 
Püşk isə Ağdam klubuna “Anorthosis” – “Gefle” cütünün qalibini rəqib edib. Təmsilçimiz “Piast”ı mübarizədən kənarlaşdıra bilsə, məhz bu komandalardan biri ilə qarşılaşacaq. “Qarabağ” ilk oyunu evdə keçirməli olacaq.
 
“İnter”in potensial rəqibləri bunlar idi:
 
Sevilla (İspaniya
Metallurg (Donetsk, Ukrayna)
Kuban (Rusiya)
Beroe (Bolqarıstan) - Hapoel (Təl Əviv, İsrail) cütünün qalibi
Dila (Gürcüstan) – Aalborg (Danimarka) cütünün qalibi
Differdange (Lüksemburq) - Utrecht (Hollandiya) cütünün qalibi
 
Püşk nəticəsində “bankirlər” “Differdange” – “Utrecht” cütünün qalibi ilə düşüblər. Paytaxt klubu mərhələ keçsə, bu komandalardan biri ilə qarşılaşacaq və ilk oyunu evdə keçirəcək.
 
“Xəzər Lənkəran”ın potensial rəqibləri isə bu klublar idi:
 
Slask (Polşa) – Rudar (Monteneqro) cütünün qalibi
Ventspils (Latviya) - Jeunesse (Lüksemburq) cütünün qalibi
İrtış (Qazaxıstan) - Şiroki Brijeg (Bosniya) cütünün qalibi
Göteborg (İsveç) – Trençin (Slovakiya) cütünün qalibi
Dinamo (Minsk, Belarus) – Lokomotiv (Xorvatiya) cütünün qalibi
Crvena Zvezda (Serbiya) – İBV (İslandiya) cütünün qalibi
 
Püşk nəticəsində cənub klubunun də bəxtinə “Ventspils” – “Jeunesse” cütünün qalibi düşüb. Komandamız mərhələ adlaya bilsə, bu komandalardan biri ilə ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməli olacaq.
 
Qeyd edək ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyunları avqustun 1-8-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.