19 iyul 2013 02:48
Neftçinin futbolçusu yenidən Sumqayıtda (FOTO)
“Sumqayıt” 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, Slavik Alxasov yenidən gənclik şəhəri təmsilçisinin uğurları üçün çalışacaq.
Ötən mövsümü “Sumqayıt”da icarə əsasında keçirmiş futbolçu daha 1 il komnadada qalacaq. 20 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Slavik ötən mövsüm Topaz Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub. O, mövsüm başa çatandan sonra “Neftçi”nin düşərgəsinə dönmüşdü.
