18 iyul 2013 15:03
Neftçi üzərində qələbəyə görə 80 000 avro mükafat!
Albaniyanın “Skenderbeu” klubunun futbolçuları UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə qalib gələcəkləri halda böyük məbləğdə mükafat əldə edəcəklər. Azerisport.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Skenderbeu”nun prezidenti Ardian Takay komandasının “Neftçi”ni keçəcəyi halda oyunçulara 80 000 avro mükafat söz verib.
Maraq üçün bildirək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun qolsuz başa çatıb. Cavab matçı iyulun 23-də Korçe şəhərində keçiriləcək.
